“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC 180,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz və ya 32,6 milyon dollar çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 148 milyon dollar olub.