Azərbaycan və Çexiya Respublikası arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm çərçivə yaradılıb. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb, cari ilin yanvar-avqust aylarinda isə təqribən 760 milyon dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan tərəfindən nümayəndə Yusif Abdullayev Azərbaycan-Cexiya biznes forumunda deyib.
Y.Abdullayev qeyd edib ki, xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac məhsulu olaraq qalır və bu ilin 8 ayında neft ixracının dəyəri 700 milyon dollardan çox olub. Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 8-ci, əsas ixrac istiqamətləri arasında isə 5-ci yerdə qərarlaşıb. Gübrələr, metanol, alüminium, eləcə də bəzi meyvə və tərəvəzlər Çexiya bazarına ixrac potensialı yüksək olan məhsullar sırasındadır.