İqtisadiyyat üzrə Nobel mükafatının laureatları açıqlanıb

2026-cı il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına amerikalı iqtisadçılar Robert E. Hall və Michael Woodford layiq görülüblər.

Bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.

Alimlər mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının işlənib hazırlanmasına görə layiq görülüblər.

Akademiyanın məlumatına görə, laureatların hazırladıqları makroiqtisadi modellər iqtisadi sabitləşmə siyasətinin daha effektiv həyata keçirilməsinə imkan yaradır. Bu modellər dövlətlərin və mərkəzi bankların vaxtında həyata keçirdiyi fiskal və monetar tədbirlər vasitəsilə iqtisadi yüksəliş və tənəzzül dövrlərinin təsirini azaltmağa kömək edir.

 

Robert E. Hall Stanford Universitetinin, Michael Woodford isə Kolumbiya Universitetinin professorudur.

Mükafatın ümumi məbləği 12 milyon İsveç kronudur və iki laureat arasında bərabər bölünəcək.

Xatırladaq ki, iqtisadiyyat üzrə mükafat 1968-ci ildə İsveç Mərkəzi Bankı tərəfindən Alfred Nobelin xatirəsinə təsis edilib. Digər Nobel mükafatlarından fərqli olaraq, bu mükafat Alfred Nobelin vəsiyyətnaməsində nəzərdə tutulmayıb, lakin Nobel mükafatları ilə eyni qaydada təqdim olunur.