Dünya Bankı 2026-cı ildə Azərbaycana 100 milyon dollara yaxın özəl kapital səfərbər edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ili ərzində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapitalın səfərbər edilməsinə nail olub.

Bu barədə cümə günü bankdan bildirilib.

 

"Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi (Country Partnership Framework) ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidinə dəstək üçün yol xəritəsini müəyyən edir. Çərçivə sənədi iki məqsəd üzərində qurulub: məhsuldarlığın və daha yaxşı iş yerlərinin artırılması, eləcə də dayanıqlılığın və davamlılığın artırılması. Çərçivə sənədi iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına və dayanıqlı maliyyəyə çıxışın genişləndirilməsinə yönəlib. Sənəd ticarət və tranzit üçün Orta Dəhlizin inkişafını, rəqəmsal infrastrukturun təkmilləşdirilməsini, habelə süni intellekt kimi yeni texnologiyaların tətbiqini dəstəkləyir. Eyni zamanda, özəl kapitalın səfərbər edilməsini, bərpa olunan enerji layihələrinin genişləndirilməsini və suyun istifadəsində səmərəliliyin artırılmasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunur.

Xəbər yenilənir