Azərbaycandan Vyetnama son 3 ildə 1,1 milyon tondan çox xam neft tədarük edilib

Azərbaycandan Vyetnama 2023-cü ildən bəri 1,1 milyon tondan çox xam neft tədarük edilib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

 

"Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşdə Hökumətlərarası Komissiya çərçivəsində enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin “PetroVietnam” və “ROX Group” ilə birgə layihələrin inkişafı imkanlarını müzakirə etdik. 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edilib", - paylaşımda qeyd edilib.

Xəbər yenilənəcək