Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 625 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,6 min ton və ya 7,5 faiz çoxdur.
Bu il oktyabrın 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 31,6 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda 126,4 min ton neft bitumu, 188,2 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 64,5 min ton və ya 33,8 faiz azalıb, neft koksu istehsalı isə 17,8 min ton və yaxud 10,4 faiz artıb.