Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatda deyilir.

Bildirilir ki, daxili dövlət borcu yanvarın 1-i ilə müqayisədə 1 milyard 574,4 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 766,2 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 463,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Dövriyyədə olan 7 milyard 766,2 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 56 faizi 5 ilədək, 44 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.