Bakı, 20 aprel, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq, investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov qeyd edib.