Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2003019893
İstiqraqzların növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
200,000 (ədəd)
İlkin ticarət qiyməti
1000 ABŞ dolları
Buraxılış həcmi
200,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
6%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla
Tədavül müddəti
5 il
Ticarətə buraxılma tarixi
İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Anderrayter
“PAŞA Kapital İ.Ş.” QSC