Ötən il Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi 29,05 milyon ton olub.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 766 min ton və ya 2,7%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 13,799 milyon ton, yaxud da 90,5% çoxdur.
Belə ki, Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi 2023-cü ildə 28,284 milyon ton, 2015-ci ildə isə 15,251 milyon ton olub.
2015-2024-cü illərdə Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların ümumi həcmi 215 milyon 516 min ton təşkil edib.
Son 10 ildə Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi aşağıdakı cədvəldə göstərilib:
İllər
Daşınmış yüklərin həcmi
2024
29 050 min ton
2023
28 284 min ton
2022
28 253 min ton
2021
25 280 min ton
2020
21 320 min ton
2019
19 809 min ton
2018
16 911 min ton
2017
15 931 min ton
2016
15 427 min ton
2015
15 251 min ton
Cəmi
215 516 min ton
Qeyd edək ki, ötən il Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 67,802 milyon ton olub ki, bu da, illik müqayisədə 0,3% və ya 235 min ton azdır. 2023-cü ildə Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 68,037 milyon ton idi.