Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində əhəmiyyətli dəyişim baş verməyib.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə dəyişməyərək 73,25 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,02 dollar/barel, minimum isə 72,81 dollar/barel olub.

 

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə eynidir. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,74 dollar/barel, minimum isə 71,59 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,1 ABŞ dolları və ya 0,17% azalaraq, 56,17 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 56,88 dollar/barel, minimum isə 55,69 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 71,50 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,23 dollar/barel, minimum isə 71,04 dollar/barel təşkil edib.

Neftin növü / tarix

10.03.2025

11.03.2025

12.03.2025

13.03.2025

14.03.2025

Orta qiymət

Azeri LT CIF

$72,81

$72,92

$74,02

$73,21

$73,32

$73,25

Azeri Light FOB Ceyhan

$71,59

$71,69

$72,74

$71,9

$71,97

$71,98

Urals (EX NOVO)

$55,69

$55,8

$56,88

$56,09

$56,39

$56,17

Dated Brent

$71,04

$71,15

$72,23

$71,39

$71,66

$71,50