Son iki ayda tariflərlə bağlı ticarət müharibəsi həyata keçirilir. Son həftələrdə biz hiss edirik ki ritorika daha çox yumşalma istiqamətində gedir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Bu il neftin qiymətinin 70 dollardan bir az artıq olacaq. Həmçinin gələn il üçün də eyni şeyi proqnozlaşdırırıq.
Amma yenə də biz bir az gözləməliyik. Dəqiq söyləmək üçün buna vaxt lazımdır.
Qazın qiymətinin isə 304 dollar olacağı gözlənilir", - sədr qeyd edib.