Pərviz Şahbazov OPEC-in 9-cu Beynəlxalq Seminarında iştirak edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in 9-cu Beynəlxalq seminarında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə OPEC-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd edək ki, seminar iyulun 9-dan 10-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Tədbir “Gələcəyə birgə oriyentasiya: qlobal enerjinin gələcəyi” mövzusuna həsr olunacaq.