SOCAR Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir (ÖZƏL)

Azərbaycan Dövlət Neft Şirləti (SOCAR)Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir.

Bunu Trend-ə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov bildirib.

“Biz Şimali Makedoniyaya qaz tədarükünə başlamışıq. Bu ölkə üçün hibrid qazlaşdırma layihəsini nəzərdən keçiririk. Bolqarıstan ərazisindən sıxılmış qazın Şimali Makedoniyaya daşınaraq, ilk növbədə bəzi sosial obyektlərin qazlaşdırılması üçün istifadə olunması imkanı mövcuddur. Ümumi götürdükdə, Balkanlarda fəaliyyətimizin sosial yönümlülüyü kifayət qədər güclüdür. Buna görə Bolqarıstanın təcrübəsindən yararlana və avtomobil nəqliyyatı vasitəsilə sıxılmış qazı Bolqarıstandan Şimali Makedoniyaya sosial müştərilər üçün – tibb müəssisələri, təhsil ocaqları və s. üçün tədarük edə biləcəyimizi güman edirik”,-deyə o bildirib.