AÇG-dən indiyədək neft və qaz hasilatının həcmi açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından indiyədək 613 milyon ton neft, 239 milyard kubmetr qaz hasil olunub.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz hasilatının 61,3 milyard kubmetri Azərbaycan dövlətinə ötürülüb.

Məlumata əsasən, cari ilin ilk 8 ayında AÇG üzrə orta gündəlik neft hasilatı 44 min ton, gündəlik neft ixracı isə 327 min barel təşkil edib.