OPEC+ əlavə neft hasilatını artırmaq barədə razılığa gəlib

Səkkiz OPEC+ ölkəsi 2023-cü ilin aprelində elan edilən gündəlik 1,65 milyon bareldən əlavə neft hasilatını artırmağa razılaşıb.

Trend xəbər verir ki, təşkilatın məlumatına görə, əlavə hasilat gündəlik 137 min barel olacaq.

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.