Azərbaycan bu il elektrik enerjisinin istehsalını artırıb

Bakı. Trend:

Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 mln. kVt/st artaraq, 19245.2 mln. kVt/st, ixrac 1530.6 mln. kVt/st, idxal isə 169.3 mln. kVt/st olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yanvar-avqust aylarında İstilik Elektrik Stansiyaları üzrə 17714.1 mln. kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1531.1 mln. kVt/st #elektrikenerjisi istehsal edilib", - nazir qeyd edib.