Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 21,122 milyard kub-metr qaz nəql edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,1 milyon kub-metr və ya 1,6% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 36,303 milyard kub-metr qaz nəql edilib. Qazın nəqlinin 58,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.