İtaliya Azərbaycandan neft idxalını artırıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan İtaliyaya 6,5 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 12,7 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 383 milyon dollar və ya 6,2 faiz, həcm baxımından isə 2,8 milyon ton və ya 28,3 faiz çoxdur.

 

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan İtaliyaya 6,1 milyard ABŞ dolları dəyərində 9,9 milyon ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövrü ərzində İtaliya Azərbaycan neftini ən çox idxal edən ölkələr arasında birinci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə ümumilikdə 11,5 milyard ABŞ dolları dəyərində 22,1 milyon ton xam neft və neft məhsulları (bitumlu süxurlardan əldə olunmuş) ixrac olunub.