Bakı, 25 aprel, AZƏRTAC
Hesab edirik ki, Avropada hazırkı enerji böhranının ən yaxşı həll yolu Avropaya daha çox mənbədən daha böyük həcmdə təbii qaz idxal etməkdir. Mərkəzi Avropada şaxələndirmənin ən real və yaxşı həll yolu Azərbaycandan qaz idxal etməkdir, buna şübhə yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində çıxışı zamanı deyib.
“Əgər "Həmrəylik halqası" və Avropa İttifaqının maliyyə dəstəyi olmasaydı, biz Azərbaycandan əhəmiyyətli həcmdə qaz idxal edə bilməyəcəkdik. Ona görə də bu təşəbbüsü ərsəyə gətirdikləri üçün Azərbaycan, Rumıniya, Bolqarıstan və Slovakiyadan olan dostlarımıza minnətdarıq. Ümid edirəm ki, növbəti dəfə Türkiyə də bu prosesdə təmsil olunacaq”, - deyə Siyarto əlavə edib.