Türkiyə ölümə tərk edilən 44 qanunsuz miqrantı xilas edib

Bakı, 17 avqust, AZƏRTAC

Türkiyənin İzmir şəhərinin Çeşme və Foça rayonları sahilində Sahil Mühafizəsinin gəmiləri rezin qayıqlarda hərəkət edən qanunsuz miqrantları xilas ediblər.

AZƏRTAC “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, sahil mühafizəsinin xilas etdiyi qaçqınlar Yunanıstan tərəfindən sıxışdırılaraq geri itələnən miqrantlardır.

Onlar şəhər üzrə miqrasiya idarəsinə göndəriliblər.