Bakı. Trend:
Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
xxx
22:42
Sumqayıt dəmir yolu vağzalında yanğın baş verib.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.