Türkiyədə ağır yol qəzası: 12 nəfər ölüb, 19 nəfər yaralanıb

Bakı, 21 avqust, AZƏRTAC

Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdirilib.

Yozqat valisi Mehmet Əli Özkan bildirib ki, qəzanın ehtiyatsızlıqdan baş vermiş olması fikrindədir. Bütün hallarda əsl səbəb araşdırmalardan sonra bəlli olacaq.