Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir

Bakı. Trend:

Ermənilər yenə də öz xislətlərinə “sadiq” qalaraq döyüş meydanında təxribatçı əməllərə əl atırlar.

Trend-in məlumatına görə, ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir və bu yolla guya Azərbaycanın mülki əhalini atəşə tutması təəssüratı yaratmağa çalışırlar.

Onlar bu çirkin əməlləri ilə beynəlxalq ictimaiyyəti aldatmağa və özlərini yazıq qiyafəsində təqdim etməyə cəhd edirlər.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.