Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib

Bakı. Trend:

Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.