Türkiyədə 5 bal gücündə zəlzələ olub

Bakı, 3 may, AZƏRTAC

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 20:16-da Kahramanmaraş vilayətinin Göksun rayonunda qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.