Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların 245-i qadındır

Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 288 nəfər təşkil edir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onların 43-ü kişi, 245-i qadındır.

Ölkədə ən yaşlı pensiyaçının 136 yaşı var.