İki övladım əlil doğulub – Çernobıl qəzası iştirakçısı danışdı

Çernobıl hadisəsi baş verəndə hərbi xidmətdə idim. Bizi apardılar qəzanın ləğvi prosesində iştirak etməyə və müəyyən tapşırıqlar verdilər.

Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında çernobılçı Zülfü Əmirov deyib.

O qeyd edib ki, irinci tapşırığı 28 gün ərzində yerinə yetirdikdən və müəyyən radiasiya dozasını qəbul etdikdən sonra bizi ərazidən çıxardılar. Gün ərzində 15-16 dəqiqə işləyirdik.

 

Z.Əmirov bildirib ki, Çernobıl qəzasının ləğvi prosində iştirak edib qayıtdıqdan sonra iki övladı dünyaya gəlib və hər ikisi əlil doğulub.

“Hər cür dövlət qayğısı ilə əhatə olunmuşuq. Dövlət tərəfindən mənzillə təmin olunan 450 çernobılçıdan biri də mənəm”,- o əlavə edib.