Yaxın zamanda yeni seysmik xəritələr hazırlanacaq və həmin xəritələr Bakı, Sumqayıt və Abşeron rayonlarını əhatə edəcək.
Trend xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
Nazir müavini qeyd edib ki, ölkəmiz seysmik cəhətdən aktiv zonada yerləşir. Xüsusilə Böyük,Kiçik Qafqaz və Talış dağları, Bakı Abşeron yarımadası seysmik cəhətdən aktiv ərazilərdir.
“Urbanizasiyanın sürətlənməsi, əhali sıxlığının və çoxmərtəbəli binaların artması seysmologiyanın daha dərindən öyrənilməsini prioritet edir”.