Naxçıvanda üçəm dünyaya gəlib

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində üçəmlərin doğuş prosesi uğurla həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibb müəssisəsinə müraciət edən Culfa rayon sakini, 1998-ci il təvəllüdlü hamilə qadın 3 qız övladı dünyaya gətirib.

Körpələrin çəkiləri müvafiq olaraq 1 kiloqram 50 qram, 1 kiloqram 700 qram və 1 kiloqram 900 qramdır. Hazırda körpələrin vəziyyəti kafi qiymətləndirilir, onlar mərkəzin yenidoğulmuşlar şöbəsində həkim nəzarəti altında saxlanılırlar.

Qeyd edək ki, üçəm körpələr ailənin ilk övladlarıdır.