Azərbaycan millisi çövkən üzrə dünya çempionu olub

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən II dünya çempionatının finalında Çili yığması ilə qarşılaşıb.

Komandamız rəqibini 3:0 hesabı ilə məğlub edərək dünya çempionu adına layiq görülüb.

Bürünc medalları isə Nigeri 3:2 hesabı ilə üstələyən Uruqvay millisi qazanıb.