Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub.