Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının B Liqasının qalibi olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

AFFA-dan verilən məlumata görə, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

 

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.