Azərbaycan cüdoçusu Avropa Kubokunda medal qazanıb

Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda ilk yarış günü başa çatıb.

Azərbaycan yığmasının heyətindən yalnız bir cüdoçu ilk gündə medal qazanıb.

-63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə Rumıniya təmsilçisi Maya Adamaçiyə qalib gələrək turnirin bürünc medalına sahib olub.

Yarışın ikinci günündə Azərbaycanın daha 10 cüdoçusu tatamiyə çıxacaq.