Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Azərbaycan kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında V tur oyunlarını keçiriblər.

AZƏRTAC xəbər verir ki, qadınların yığması Serbiyaya 3:1 hesabı ilə qalib gəlib.

Kişilərdən ibarət komanda isə Rumıniya ilə heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlində qadın yığması 10 xalla 4-cü, kişi komandası isə 8 xalla 11-ci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət. Yarışa sentyabrın 27-də yekun vurulacaq.