Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam, ümumilikdə, 20 nəfərə şamil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.

Sərəncamın icrası dərhal təmin edilərək, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.