AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin sərgisi keçirilir.

Sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə təqdim olunur. İzləyicilər yarış günlərində Formula 1-in fan zonasında retro avtomobillərlə tanış ola biləcəklər.

 

Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan həmin sərgi ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.