Formula 2 üzrə sprint yarışının qalibi müəyyənləşib

Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Trend xəbər verir ki, mübarizəni “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç qalib kimi tamamlayıb.

O, yarış boyunca rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

“Trident” komandasının pilotu Laurens Van Hoepen ikinci, “Rodin Motorsport” təmsilçisi Aleks Dann isə üçüncü olub.

xxx
08:49

 

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 sprint yarışına start verilib.

Trend xəbər verir ki, 11 komandadan 22 pilotun mübarizə apardığı yarış 50 dəqiqə davam edəcək.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.