UEFA Millətlər Liqasının D Divizionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununa bilet satışı davam edir.
AFFA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, qarşılaşma üçün 4500 bilet satılıb.
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.