Azərbaycan millisi Lixtenşteynlə heç-heçə etdi (YENİLƏNİB)

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçına çıxıb.

2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığmasını qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə edib. Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 uduzub.

UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur

20:00 Azərbaycan - Lixtenşteyn 0:0

Baş hakim: Kristian-Petru Çioxirka
Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

XXX

20:12

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci tur qarşılaşmasına çıxıb.

D Liqasının 2-ci qrupunda mübarizə aparan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu turda Lixtenşteyn yığması ilə üz-üzə gəlir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Azərbaycan millisi turnirin ilk turunda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk görüşündə doğma meydanda Litvaya 0:2 hesabı ilə məğlub olub.

FİFA-nın hazırkı reytinqinə əsasən, Azərbaycan 125-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.