Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Yaponiyanın Nüvə Tənzimləmə Orqanı “Tokyo Electric Power Co” (TEPCO) şirkəti Daiiçi atom elektrik stansiyasının 2 nömrəli reaktorunda ərimiş nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robot qolun yerləşdirilməsinə başlayıb.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, məsafədən idarə olunan robot qol reaktorun yüksək radiasiya səbəbindən insanların daxil ola bilmədiyi hissəsini araşdıracaq.

Şirkət əvvəlcə reaktorun daxilindəki maneələri aradan qaldırmağı və vəziyyət barədə məlumat toplamağı planlaşdırır. Bu işlərin 3-4 ay davam edəcəyi, bütün əməliyyatın isə təxminən 6 ay çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Fukuşimanın üç zədələnmiş reaktorunda təxminən 880 ton nüvə yanacağı qalığı var. 2024 və 2025-ci illərdə aparılan iki sınaq zamanı cəmi 0,9 qram yanacaq qalığı çıxarılıb.

TEPCO əldə ediləcək məlumatların gələcəkdə böyük həcmdə nüvə yanacağı qalıqlarının çıxarılmasına kömək edəcəyini bildirir.