Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat və Xüsusi Əməliyyatlar Departamentlərinin əməkdaşları birgə əməliyyat nəticəsində radioaktiv maddə olan uranın satışının qarşısı alıblar.

AZƏRTAC xəbər verir ki, b barədə Gürcüstan DTX-si məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs radioaktiv maddə olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlaşdırırmış.

Faktla bağlı istintaq davam edir.