Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 7 mərtəbəli binanın 3 mərtəbəsi uçub.
İstanbul valiliyinin məlumatına görə, əraziyə axtarış-xilasetmə briqadası cəlb olunub. Hadisə ilə bağlı Anadolu Respublika Baş Prokurorluğu tərəfindən təhqiqata başlanılıb.
Hadisə yerində baxış keçirən İstanbul valisi Davud Gül bildirib ki, dağıntılar altında 7 nəfər var, onların 4-ü ilə əlaqə yaradılıb. Digər 3 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmi qeydiyyata əsasən, binanın hər mərtəbəsində 2 mənzil olmaqla, ümumilikdə 12 mənzilin yerləşdiyi və 33 nəfərin yaşadığı müəyyən edilib.
Binanın ilk 3 mərtəbəsində çöküntü yarandıqdan sonra yuxarı mərtəbələrdə qalanlar axtarış-xilasetmə qruplarının müdaxiləsi ilə təxliyə olunublar.