“Roşka” ləqəbli tiktokerə hökm oxunub

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məhkəmədəki müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.