ABŞ-İsrail reysi ilə uçan təyyarədə "bomba həyəcanı"

ABŞ-dən İsrailə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus "DL234" saylı reys təyyarəsi göyərtəsində bomba ola biləcəyi barədə anonim məlumat daxil olduqdan sonra Ben Qurion hava limanına eniş edib.

İsrail KİV-nin məlumatına görə, təhlükə barədə məlumat bu gün səhər saatlarında daxil olub. Təyyarə eniş etdikdən sonra zəruri yoxlamaların aparılması üçün uzaq dayanacağa yönləndirilib. Nyu-Yorkdan gələn təyyarənin sərnişinləri Ben Qurion hava limanına enişdən sonra operativ şəkildə təyyarəni tərk ediblər.

 

İsrail Hava Limanları İdarəsinin məlumatına görə, yoxlamalar zamanı şübhəli heç nə aşkarlanmayıb.

Məlumatın məhz haradan – ABŞ-dən, yoxsa təyyarə İsrailə çatdıqdan sonra daxil olduğu hələlik məlum deyil.