Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Belçika Kralı Filipp, kraliça Matilda və Qazaxıstanın Baş naziri Oljas Bektenov Astanada kritik minerallar sahəsində əməkdaşlıq mövzusunda Qazaxıstan-Belçika dəyirmi masa müzakirəsində iştirak ediblər.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iştirakçılar birgə sənaye və innovasiya layihələrinin həyata keçirilməsi, emal sənayesinin inkişafı və davamlı dəyər zəncirlərinin formalaşdırılması məsələlərini müzakirə ediblər.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı yolu ilə etibarlı logistika marşrutlarının təmin edilməsinə xüsusi diqqət yetirilib.