Köçəryan həbsdən buraxılmayacaq

Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın vəkillərinin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Ermənistan KİV-nin yazdığına görə, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.

 

“Qərar çoxsaylı digər vəsatətlərin rədd edildiyi eyni əsaslarla qəbul edilib. Şikayətimizin hərtərəfli araşdırılmadığı açıq-aydın görünməklə, ümumi və formal ifadələrdən istifadə olunur”, – deyə o bildirib.

Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də vəzifə səlahiyyətlərindən istifadə etməklə əmlakın dəyərindən aşağı qiymətə qanunsuz əldə edilməsi işi üzrə saxlanılıb. Avqustun 27-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda onun oğlu da həbsdədir. İş üzrə Köçəryanlar ailəsinə məxsus 35 daşınmaz əmlak obyekti araşdırılır, bəzi şirkətlərin fəaliyyəti isə möhürlənməklə dayandırılıb.