Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Şri-Lankada meşə sahələrinin azalması insanlarla vəhşi fillər arasında qarşıdurmaların artmasına səbəb olur. 2019-cu ildən bəri ölkədə hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirib.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, 2023-cü ildə Şri-Lankada 488 fil tələf olub. Heyvanların bir qismi güllələnmə, zəhərlənmə, elektrik cərəyanı və qatar qəzaları nəticəsində ölüb.

Dünya Bankının məlumatına görə, Şri-Lankada meşə örtüyü 34 faizədək azalıb. Ölkədəki vəhşi fillərin təxminən 70 faizi qorunan ərazilərdən kənarda yaşayır. Meşələrin azalması fillərin qida axtarışı üçün yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb olur.