Məşhur türkiyəli mütəxəssis dünya çempionatı üçün Bakıya gəlir

Futbol üzrə aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba Azərbaycana gəlir.

Bu barədə AZƏRTAC-a mütəxəssis özü məlumat verib.

O, səfərinin Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı olacağını deyib: “İki günlük Bakıda olacağam”.

Samet Aybaba məşqçilik karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” komandalarında çalışıb.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.