İran Xarici İşlər Nazirliyi ölkənin məhsul ixracını artırmaq məqsədilə yeni bazarlar tapmağa çalışır.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi çərşənbə günü Tehranda keçirilən Milli İxrac Günü Konfransında deyib.
“Xarici İşlər Nazirliyi iranlı ixracatçıların qarşısında duran maneələri aradan qaldırmağa, məhsul ixracını sadələşdirməyə çalışır”, - deyə o qeyd edib.
Əraqçi bildirib ki, hazırkı şəraitdə İran həm müharibə, həm hərbi hədə, həm də irimiqyaslı sanksiyalarla qarşı-qarşıyadır:
"Reallıq budur ki, İran hazırda müharibə vəziyyətindədir və müharibə hələ də davam edir. İran hələlik sülh vəziyyətinə çatmayıb, sülhlə məsafəsi var. Buna əsasən bütün qərarlar müharibə şəraitinə uyğun çərçivədə verilməlidir".
İranlı nazir deyib ki, iqtisadi aspekti əhəmiyyət kəsb edən bu müharibədə iranlı ixracatçılar böyük rola sahibdir:
"Əraqçi əlavə edib ki, İran sərhədləri yüklərin keçməsi üçün məkan olmaq əvəzinə yüklərin dayandığı məkana çevrilib. İran XİN aidiyyəti üzrə problemin haradan yaranması və həll olunmasına çalışır".
“İran məhsul ixracını artırmaq məqsədilə qonşu ölkələrdə rüsumların azaldılması istiqamətində addımlar atmalıdır. İran XİN qonşu ölkələrlə sərhəddə yerləşən vilayətlərin diplomatik fəaliyyətlərinin inkişaf etdirilməsinə çalışır. İranın xarici siyasətində qonşu ölkələr həmişə prioritet olub. Ölkənin hazırkı şəraitində də əsasən iqtisadi sahədə qonşu ölkələr daha böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.